Elektron pul emitentinin lisenziyası ləğv edildikdə elektron pulun emissiyası dərhal dayandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Mərkəzi Bankın lisenziyanın ləğvi barədə qərarı emitentə təqdim edildikdən dərhal sonra emissiyanın dayandırılması tələb olunur.
Emitent eyni zamanda elektron pulların qalıq dəyərlərini sahiblərinə qaytarmalıdır.
Bu zaman elektron pul sahiblərindən hər hansı xidmət haqqının tutulmasına yol verilmir.
Qayda emitentin lisenziyasının ləğvi halında istifadəçilərin vəsaitlərinin qorunmasına təminat yaradır.
