Diplomatik nümayəndəliklərin maliyyələşməsi dövlət büdcəsindən ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Maliyyələşməni Xarici İşlər Nazirliyi mərkəzləşdirilmiş qaydada həyata keçirir. Ödənişlər dövlət xəzinədarlığı vasitəsilə aparılır. Xarici İşlər Nazirliyi büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini təmin etməlidir. Nazirlik diplomatik nümayəndəliklərdən maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və müddətdə alınmasına da nəzarət edir. Hesabatlar daha sonra Maliyyə Nazirliyinə təqdim edilir. Xarici İşlər Nazirliyi maliyyə təminatı ilə bağlı təşkilati, maliyyə və digər məsələlər üzrə təkliflərin hazırlanmasını da təmin edir.
