Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Heftelk.az Lent.az-a istinadən xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib.
“Sevgilim yoxdur. Heç kimlə küçədə əl-ələ də gəzməmişəm. Bunu da öyrənəcəyəm”, – müğənni bildirib.
Aleyna Tilki evliliklə bağlı fikirlərini də bölüşüb. O, ailə quracağı halda bunun əsas səbəbinin uşaq sahibi olmaq istəyinin olacağını deyib.
“Əgər evlənsəm, uşaq sahibi olmaq üçün evlənərəm”, – Aleyna Tilki vurğulayıb.
Müğənninin şəxsi həyatı və evlilik haqqında bu açıqlamaları sosial mediada da diqqət çəkib.


