Borcludan götürülmüş xarici valyutada olan pul vəsaitləri bir gün müddətində xarici valyuta satmaq hüququ olan banka və ya digər kredit təşkilatına verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İcra məmuru həmin vəsaitlərin satılmasını müvafiq banka və ya kredit təşkilatına həvalə edir.
Xarici valyutanın satışı icra sənədinin icrası üçün lazım olan məbləğ və həcmdə həyata keçirilir.
Satış nəticəsində əldə olunan manat vəsaitləri qanunla müəyyən edilmiş qaydada bölüşdürülür.
