Məcburi icra tədbirlərinin tətbiqi üçün qanunda müəyyən edilmiş icra sənədi icra məmuruna təqdim edilməli, icraata başlamaq barədə qərar qəbul edilməli və könüllü icra müddəti başa çatmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bu əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.
İcra sənədi qanunda müəyyən edilmiş qaydada tərtib olunmalı və icra məmuruna təqdim edilməlidir.
Könüllü icra üçün borcluya verilən müddətin başa çatması da məcburi icranın tətbiqi üçün zəruri şərtlərdən biridir.
