İcra hərəkətlərində hal şahidlərinin sayı ən azı iki nəfər olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar.
Hal şahidi icraat iştirakçıları ilə qohumluq və tabeçilik əlaqəsində olmayan, 18 yaşına çatmış və tam fəaliyyət qabiliyyətli vətəndaş ola bilər.
Hal şahidlərinin seçilməsi zamanı onların qanunda müəyyən edilmiş tələblərə uyğunluğu nəzərə alınmalıdır.
