İcra sənədi üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda onun axtarışı elan edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. İcra məmuru öz təşəbbüsü ilə və ya tələbkarın ərizəsi əsasında borclunun axtarılması barədə qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclu hüquqi şəxsin icra orqanının rəhbərinin yeri məlum olmadıqda onun axtarılması barədə də eyni qaydada qərar qəbul edilir.
