Fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Şəxsin icraatda özü iştirak etməsi onun həmin iş üzrə nümayəndəyə malik olmaq hüququnu aradan qaldırmır. Lakin icra sənədində borclunun şəxsən yerinə yetirməli olduğu vəzifə müəyyən edilibsə, həmin vəzifə nümayəndə vasitəsilə icra edilə bilməz.