İcra sənədi üzrə icraatın dayandırılması məsələsinə məhkəmə qanunla müəyyən edilmiş qaydada baxır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Məhkəmə icra məmurunun təqdimatının təmin olunması və ya rədd edilməsi barədə qərardad çıxarır. İcraatın dayandırılması haqqında qərardaddan Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş müddət və qaydada şikayət verilə bilər. Beləliklə, icraatın dayandırılması ilə bağlı məhkəmə qərarına qanuni prosedur çərçivəsində etiraz etmək mümkündür.