Müvəqqəti inzibatçı bankın əmlak və sənədlərinin mühafizəsi üçün tədbirlər görməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. O, təyin edildiyi gündən 30 təqvim günü ərzində bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparmalı və yenilənmiş balans hesabatı hazırlamalıdır. İnventarizasiya bankın maliyyə və əmlak vəziyyətinin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Bu məlumatlar ödəmə qabiliyyətini itirmiş bankın sonrakı rezolyusiya tədbirlərinin hazırlanmasında istifadə olunur.