Müvəqqəti inzibatçı təyin edildikdə bankın idarəetmə orqanları onun səlahiyyətlərini həyata keçirməsi üçün zəruri şərait yaratmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Mərkəzi Bankın qərarı banka təqdim edildiyi gündən bankın möhürləri, ştampları, bütün əmlakı, mühasibat kitabları və digər sənədləri müvəqqəti inzibatçıya təhvil verilməlidir. Bankın idarəetmə orqanları həmçinin bankın fəaliyyəti ilə bağlı zəruri məlumatları təqdim etməlidir. Bu tələblər müvəqqəti inzibatçının bankın fəaliyyətinə tam nəzarət etməsinə imkan yaratmaq məqsədi daşıyır.