Bankın məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum məbləğin 25 faizinə və ya kapital adekvatlığı əmsalı 3 faizə çatdıqda müvəqqəti inzibatçı təyin edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Müvəqqəti inzibatçı təyin edilməsi barədə qərarı Mərkəzi Bank qəbul edir.
Belə qərarın qəbul edilməsi bankın ödəmə qabiliyyətini itirməsi ilə bağlı əsaslardan biri hesab olunur.
Mərkəzi Bank bu tədbiri qanunda müəyyən edilmiş digər əsaslarla birlikdə də tətbiq edə bilər.
