Mərkəzi Bank bank tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması üçün bank fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsini məhdudlaşdıra və ya dayandıra bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Təshih tədbirləri çərçivəsində bank inzibatçılarının vəzifələrindən müvəqqəti kənarlaşdırılması da mümkündür.
Həmçinin banka aidiyyəti olan şəxslərlə bank əməliyyatlarının və əqdlərin həyata keçirilməsi dayandırıla bilər.
Bu tədbirlər bank fəaliyyətində müəyyən edilmiş pozuntuların aradan qaldırılmasına yönəldilir.
