Banklar və xarici bankların yerli filialları maliyyə vəziyyətinin qiymətləndirilməsi və fəaliyyətlərinə nəzarət məqsədilə Mərkəzi Banka prudensial hesabatlar təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Banklar törəmə təsərrüfat cəmiyyətlərini də daxil edən konsolidasiya əsasında prudensial hesabatlar hazırlamalıdır.
Həmçinin banklar bank statistikası hesabatlarını Mərkəzi Banka təqdim etməlidirlər.
Prudensial və statistik hesabatların forması, məzmunu və təqdim edilmə qaydalarını Mərkəzi Bank müəyyən edir.
