Banklar və xarici bankların yerli filialları maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Banklarda mühasibat uçotunun aparılması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
İllik maliyyə hesabatlarının forması və məzmunu da müvafiq qaydada müəyyənləşdirilir.
Bu qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırılır.
