İxrac olunan mal və xidmətlərə görə vəsaitin bank hesabına köçürülməsi barədə məlumat gömrük orqanlarına təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu məlumat ixracda hesablaşmalara dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı təqdim olunur.
Banklar qanunda nəzərdə tutulan hallarda müvafiq məlumatları aidiyyəti dövlət orqanlarına verməlidir.
Məlumatın təqdim edilməsi bank sirrinin qorunması ilə bağlı qanunvericilik çərçivəsində həyata keçirilir.