Polis ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan şəxsləri tuta bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Bu hüquq ruhi xəstələrə, xroniki alkoqoliklərə və narkomanlara münasibətdə nəzərdə tutulub. Polis belə şəxsləri tutaraq xüsusi tibb müəssisələrinə gətirə bilər. Tədbir məhkəmənin qərarı ilə müəyyən edilmiş məcburi tibbi tədbirlərin icrasını təmin etmək məqsədi daşıyır.