Polis əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəqliyyatın və piyadaların hərəkətini nizamlaya bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarına əməl olunmasına nəzarət edir. Həmçinin yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Bu vəzifələr yol hərəkətinin iştirakçılarının təhlükəsizliyinin qorunmasına yönəlib.
