İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının əsas vəzifələrindən biri hər bir şəxsin təhlükəsizliyini təmin etməkdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis əməkdaşları səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraat aparırlar.
Qanunda nəzərdə tutulmuş hallarda təhqiqat və istintaq orqanlarının, məhkəmələrin, habelə müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının qərarlarını icra edirlər.
Polis həmçinin xüsusi icra məmurlarının müraciəti əsasında icra hərəkətlərinin həyata keçirilməsinə yardım göstərir.