Yaşayış yeri üzrə ictimai asayiş və təhlükəsizliyin təmin edilməsi ilə bağlı sosial problemlərin birgə həlli üçün şəxslər könüllülük əsasında polis tərəfindən bu işə cəlb edilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Könüllülərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər.
Könüllü ictimai fəaliyyət çərçivəsində hüquqazidd davranışın qarşısının alınması üçün maarifləndirmə və təbliğat işi aparılır.
Bu fəaliyyətə narkomaniya və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası da daxildir.