Polis öz vəzifələrini yerinə yetirərkən ayrı-seçkiliyə yol vermədən bütün şəxslərin hüquq və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Bu təminat şəxsin irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən və qulluq mövqeyindən asılı olmayaraq tətbiq edilir.
Həmçinin şəxsin əqidəsi, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyəti onun hüquqlarının polis tərəfindən qorunmasına təsir göstərmir.
Polis şəxslərin Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulan hüquqlarını müdafiə etməlidir.