Azərbaycan Respublikasında polis icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, polis əməkdaşı polis orqanlarında müəyyən vəzifə tutan və qanunla müəyyən edilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.
Polis əməkdaşının fəaliyyəti qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir.
Polis haqqında qanunvericilik Konstitusiyadan, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
