Borclunun və ya tələbkarın Silahlı Qüvvələrin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olması icraatın dayandırılması üçün əsasdır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Bu halda icraat müvafiq şəxsin hərbi xidmətdən buraxılmasına və ya kontrakt üzrə hərbi xidmətə başlamasına qədər dayandırılır. Borclunun üzrlü səbəbdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olması zamanı isə icraat onun həmin əraziyə qayıtmasına qədər dayandırılır. Borclunun və ya tələbkarın stasionar müalicədə olması halında icraat müvafiq şəxsin müalicə müəssisəsindən çıxmasına qədər dayandırılır.
