Tərəflər icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Tərəflər həmçinin icra sənədinin hissə-hissə icrası və ya icranın üsul və qaydasının dəyişdirilməsini də tələb edə bilərlər. Bu məsələlərə işə baxmış məhkəmə tərəfindən baxılır. Məhkəmə qərar qəbul edərkən borclunun əmlak vəziyyətini və digər halları nəzərə alır.
