İcra hərəkətləri iş günlərində saat 08:00-dan tez və 22:00-dan gec olmayaraq həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İcra hərəkətlərinin dəqiq vaxtını icra məmuru müəyyən edir və tərəflər bununla bağlı təklif verə bilərlər.
Qeyri-iş günlərində icra hərəkətlərinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən iş günlərində icranın mümkün olmadığı zaman yol verilir.
Saat 22:00-dan 08:00-dək icra hərəkətləri yalnız insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hallarda və icra qurumu rəhbərinin yazılı icazəsi ilə aparılır.
