İcra sənədi qanunda müəyyən edilmiş tələblərə uyğun olduqda icra məmuru onu “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İcra məmuru sənədi aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
Qərarda borcluya tələbləri könüllü icra etməsi üçün, digər müddət müəyyən edilməyibsə, ən çoxu 10 gün vaxt verilir.
Müddət başa çatdıqdan sonra tələblərin məcburi qaydada icra ediləcəyi və müvafiq xərclərin borcludan tutulacağı barədə ona bildiriş verilir.
