Bank və digər kredit təşkilatlarında, eləcə də elektron pul təşkilatlarında borclunun hesabları barədə məlumat əldə edən icra məmuru icra sənədinin təsdiq olunmuş surətini həmin quruma göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bank və ya digər kredit təşkilatı icra sənədini aldıqdan sonra yeddi gün müddətində sənəddə göstərilən pul vəsaitlərinin tutulmasına dair tələbləri icra etməlidir.
Hesablarda tələbkarın tələblərini təmin etmək üçün kifayət qədər vəsait olmadıqda bu barədə icra sənədində qeyd aparılır.
Qanunun tələblərini yerinə yetirməyən bank, kredit təşkilatı və elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunur.