Bu Qanun məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanun Azərbaycan və xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarına şamil olunur.
Həmçinin xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, cinayət işləri üzrə hökmlərin və qərarların əmlakın alınmasına dair hissəsinin icrası da qanunla tənzimlənir.
Məhkəmə əmrləri, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarları və digər nəzərdə tutulmuş qərarlar da məcburi icra olunur.
