Ölkə üzrə üç gündür TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sistem işləmir.

Heftelik.az xəbər verir ki, oktyabrın altısından bəri xəstəxana və polikilinikalara arayış almaq üçün gedən vətəndaşlara sistemin işləmədiyi bildirilir.

Vətəndaşlar arayış, tibbi sənəd almaq, həmçinin hərbi xidmət üçün yoxlanışa getdikdə əli boş qayıdırlar. Həkimlər “gözləyin, sistem düzələcək”, desə də, üç gündür problem həll olunmur.

TƏBİB-in elektron sistemindəki narazılıqla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu da məlumat yayıb. Qeyd olunub ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb: “Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik”.

“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” – VİDEO