Banklar və xarici bankların yerli filialları Mərkəzi Bankın əməkdaşları və ya Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar tərəfindən yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna əsasən aparılır.
Yoxlama zamanı bankların və xarici bankların yerli filiallarının fəaliyyətinin qanunvericiliyə uyğunluğu qiymətləndirilir.
Bu nəzarət mexanizmi bank sektorunda maliyyə intizamının və qanunvericilik tələblərinə əməl olunmasının yoxlanılmasına xidmət edir.