Mərkəzi Bank banka depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması barədə təshih tədbiri tətbiq edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Xarici bankların törəmə banklarının və yerli filiallarının təsisçi banklardan cəlb etdiyi vəsaitlərdən başqa digər mənbələrdən vəsait cəlb etməsi də məhdudlaşdırıla və ya dayandırıla bilər.
Digər hüquqi şəxslərin kapitalında payların alınması da məhdudlaşdırıla, dayandırıla və ya ləğv edilə bilər.
Bu tədbirlər bankın maliyyə fəaliyyətinin müəyyən istiqamətlərinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.