Bank hər hansı öhdəliyi üzrə ödənişləri təmin edə bilmədikdə və ya vaxtı çatan öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər likvid vəsaiti olmadıqda müvəqqəti inzibatçı təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu əsas bankın ödəmə qabiliyyətini itirməsi ilə əlaqədar nəzərdə tutulub.
Qanunda müəyyən edilmiş xüsusi hallar istisna olmaqla, bankın ödəniş qabiliyyətinin olmaması belə qərarın qəbul edilməsinə səbəb ola bilər.
Müvəqqəti inzibatçının təyin edilməsi bankın rezolyusiyası prosesinin başlanmasına gətirib çıxarır.