Müvəqqəti inzibatçının bankın binasına daxil olması və aktivləri qəbul etməsi üçün zəruri tədbirlər görüləcək. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Mərkəzi Bankın müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı müvəqqəti inzibatçının bankın binasına daxil olmasını təmin etməlidir. Həmçinin bankın aktivləri, mühasibat kitabları və yazıları onun idarəetməsinə qəbul edilməli və qorunması təmin olunmalıdır. Bu mexanizm bankın əmlak və sənədlərinin müvəqqəti inzibatçının nəzarətinə keçirilməsini nəzərdə tutur.
