Müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan halları araşdırmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Təyin olunduğu gündən 45 təqvim günü ərzində bankın son iki ildə bağladığı müqavilələr, sazişlər və həyata keçirdiyi əməliyyatlar təhlil edilir. Araşdırma zamanı bank əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi halları müəyyənləşdirilir. Həmçinin bazar şəraitində tətbiq edilməyən güzəştlərin kredit müqavilələri ilə müştərilərə verilməsi araşdırılır.
