İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldıqda bununla bağlı qərar qəbul edilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiqlənir və surəti 3 gün ərzində tərəflərə göndərilir. Qərarın surəti, notarius istisna olmaqla, icra sənədini vermiş məhkəməyə və ya digər orqana da təqdim edilir. Tərəflər və icra sənədini vermiş digər orqan qərardan onu aldıqları gündən 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
