İcra məmuru borclunun əmlakının və ya uşağının axtarılması barədə qərar qəbul edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri üzrə elan edilir. Axtarış borclunun əmlakının olduğu yer və ya tələbkarın yaşayış yeri üzrə də həyata keçirilə bilər. Borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarışı isə əlavə olaraq həmin hüquqi şəxsin olduğu yer üzrə elan edilir.