Hüquqi şəxslər icraatda qanunla, digər hüquqi aktlarla və ya təsis sənədləri ilə səlahiyyət verilmiş şəxslər vasitəsilə təmsil oluna bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Hüquqi şəxsin əsas iş yeri həmin hüquqi şəxs olan və müvafiq qaydada səlahiyyət verilmiş işçiləri də nümayəndə ola bilərlər. Vəkillər də hüquqi şəxslərin nümayəndəsi kimi icraatda iştirak edə bilərlər. Hüquqi şəxsi təmsil edən şəxslərin öz səlahiyyətlərini təsdiq edən sənədləri olmalıdır.