Hal şahidi iştirak etdiyi icra hərəkətlərinin faktını, məzmununu və nəticələrini imzası ilə təsdiq etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
O, hansı icra hərəkətində iştirak etdiyini və həmin hərəkətin hansı icra sənədi əsasında aparıldığını bilmək hüququna malikdir.
Hal şahidi həyata keçirilən icra hərəkətləri ilə bağlı iradlarını bildirə bilər.
Bu iradlar hal şahidinin özü və ya icra məmuru tərəfindən müvafiq aktda qeyd olunur.
