Borclunun tələbkarın tələblərini təmin etmək üçün kifayət qədər pul vəsaiti olmadıqda bir neçə məcburi icra tədbirinin eyni vaxtda tətbiqinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bu halda əmlaka həbs qoyulması və satılması, əmək haqqına və digər gəlirlərə yönəltmə kimi tədbirlərdən istifadə edilə bilər.
Tələb borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına da yönəldilə bilər.
Qanunda nəzərdə tutulan tədbirlərdən birinin tətbiqi digər tədbirlərin həyata keçirilməsini istisna etmir.