İcra məmuru borclunun xarici valyutada olan vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında hesab və əmanətlərdə, eləcə də saxlancda mövcud olması halında həmin vəsaitlərə həbs qoyur.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İcra məmuru öz qərarı ilə xarici valyutanın qanunda nəzərdə tutulan həcmdə satışını müvafiq banka və ya kredit təşkilatına həvalə edə bilər.
Xarici valyuta satmaq hüququ olmayan bank və kredit təşkilatlarında saxlanılan vəsaitlərin belə hüquqa malik təşkilata köçürülməsi də təmin edilir.
Bank və ya kredit təşkilatı müvafiq qərarı daxil olduğu vaxtdan yeddi gün ərzində icra etməlidir.