Polis hüquqi və fiziki şəxslərin odlu silah, döyüş sursatı, zəhərli maddə və digər zərərli materiallar saxladığı və istifadə etdiyi yerlərə baxış keçirə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Bu hüquq həmin əşyaların, maddələrin və materialların dövriyyədə olduğu obyektlərə də şamil edilir, hərbi obyektlər isə istisnadır. Qaydaların pozulması aşkar edildikdə polis qüsurların aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstərişlər verə bilər. Polis həmçinin qanunvericilikdə nəzərdə tutulan digər tədbirləri həyata keçirə bilər.
