Qanunvericilikdə müəyyən edilmiş hallarda bank məlumatları rəqabət orqanına təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Məlumatların təqdim edilməsi Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində müəyyən edilmiş hallara və qaydalara uyğun həyata keçirilir.
Banklar bu məlumatları yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda açıqlaya bilər.
Belə məlumat mübadiləsi rəqabət qanunvericiliyinin tələblərinin icrası ilə bağlıdır.