Polis qanunvericilikdə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsləri müvəqqəti saxlama yerində saxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Bu vəzifə Cinayət-Prosessual Məcəllə və həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsinə dair qanunla müəyyən edilən qaydada həyata keçirilir.
Polis əməkdaşları şəxslərin müvəqqəti saxlama yerlərində saxlanılmasını qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində təmin etməlidirlər.
Tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması da polis fəaliyyətinin əsas tələblərindəndir.