İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü fəaliyyətin istiqamətlərindən biri zəruri məlumatların polis orqanlarına verilməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Bu məlumatlar cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədi daşıyır.
Könüllü ictimai fəaliyyət həmçinin cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınmasına yönəlmiş maarifləndirmə işlərini əhatə edir.
Belə fəaliyyət yalnız könüllülük əsasında həyata keçirilir və şəxslərin polis əməkdaşlığına məcburi cəlb edilməsinə yol verilmir.