Polisin hər hansı şəxslə insan ləyaqətini alçaldan şəkildə rəftar etməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya təqsirini etiraf etməyə məcbur etmək qadağandır.
Bu məqsədlə şəxsləri və digər insanları hədələmək, işgəncəyə məruz qoymaq və onlara fiziki və ya mənəvi təsir göstərmək də yolverilməzdir.
Polis fəaliyyətində insan ləyaqətinin və şəxsin fundamental hüquqlarının qorunması əsas tələblərdən biri kimi müəyyən edilir.