Polis orqanlarında müəyyən vəzifə tutan və qanunla müəyyən edilmiş səlahiyyətləri həyata keçirən şəxslər polis əməkdaşı hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Qanunda polis əməkdaşı dövlət qulluqçusu kimi müəyyənləşdirilir.
Polis əməkdaşının həyata keçirdiyi səlahiyyətlər müvafiq qanunvericiliklə tənzimlənir.
Polis əməkdaşlarının fəaliyyəti polisin əsas vəzifələrinin və fəaliyyət istiqamətlərinin həyata keçirilməsinə yönəldilir.