Borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışda olması icraatın dayandırılması müddətinə təsir edir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Belə halda icraat müvafiq axtarış başa çatanadək dayandırılır. Axtarış borclunun özünə, onun əmlakına və ya ondan alınmış uşağa münasibətdə aparıla bilər. Axtarış başa çatdıqdan sonra icraatın dayandırılmasına səbəb olan hal aradan qalxmış hesab olunur.
