İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda onların təxirə salınması mümkündür. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. İcra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciəti əsasında icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə sala bilər. Bununla bağlı icra məmuru qərar qəbul edir və qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiqlənir. Qərar barədə tərəflərə, həmçinin müvafiq məhkəməyə və ya digər orqana, notarius istisna olmaqla, bildiriş göndərilir.
