İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanunvericiliklə və ya icra sənədi ilə icranın dərhal həyata keçirilməsi nəzərdə tutulmuş tələblər isə təxirəsalınmadan icra olunur.
Belə hallarda icra məmuru müəyyən edilmiş tələbin icrası üçün gözləmə müddəti tətbiq etmir.
İcra hərəkətlərinin müddəti qanunda nəzərdə tutulan xüsusi hallar nəzərə alınmaqla müəyyən edilir.