İcra sənədində satılmalı əmlak müəyyən edildikdə borclu müəyyən şərtlərlə onun açıq bazarda satılmasına müraciət edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Borclu bildiriş aldıqdan sonra yeddi iş günü ərzində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər.
İcra məmuru müraciətdən sonra bir iş günü müddətində qərar qəbul edir və könüllü satış üçün iki ay müddət müəyyənləşdirir.
Borclu əmlakı icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərin ən azı 80 faizi qiymətinə sata bilər.